Tayvan ABŞ-dən sonra ən böyük PUA operatoru olur? - Milyardlıq müqavilə
Tayvanın Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi Amerikanın "Shield AI" şirkətindən şaquli qalxma və enmə qabiliyyətinə malik "MQ-35A V-BAT" model 292 kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) əldə etmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə "Taipei Times" qəzeti məlumat yayıb.
Bildirilib ki, tədarük başa çatdıqdan sonra Tayvan ABŞ-dən kənarda "V-BAT" dronlarının ən böyük operatoruna çevrilə bilər.
Məlumata görə, Tayvanın Sahil Mühafizəsi bu cür 12 dronun satınalınmasına artıq 1,2 milyard Tayvan dolları (təxminən 37 milyon dollar) ayırıb və onlar artıq sifarişçiyə təhvil verilib. Adanın müdafiə idarəsi dördlük proqram çərçivəsində, o cümlədən HDQ üçün daha 280 "V-BAT" markalı PUA-nın əldə edilməsinə 36 milyard Tayvan dolları (təxminən 1,1 milyard dollar) xərcləməyi planlaşdırır.
Tədarük qrupuna, həmçinin 140 PUA idarəetmə sistemi və 82 ədəd yerüstü nəqliyyat vasitəsi daxildir. Qəzet qeyd edir ki, bu, kəşfiyyat üçün dronları yerdəyişmə etməyə imkan verəcək.
Aysel Mətləb