Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Bu barədə TodayPress TV-yə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Fərdi proqramda Selcan Mahsudova 55.540 xalla qızıl mükafatın sahibi olub.