SXA-da növbəti vətəndaş qəbulu keçirildi
Sosial
28.01.2026 12:27
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların mənzil və avtomobil təminatı, sanatoriya-kurort yollayışları və sosial xidmətlərə dair digər müraciətlərinə baxılıb, sualları cavablandırılıb.
Eləcə də müxtəlif məsələlər üzrə müraciətlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Ötən il 8 rayonda keçirilmiş vətəndaş qəbullarında ümumilikdə 15 rayondan olan 140 vətəndaş qəbul edilib. Qəbullarda onların müraciətləri dinlənilib və Agentliyin səlahiyyətləri daxilində həll edilib, eləcə də müvafiq dəstək göstərilib.
Qəbula yazılmaq üçün vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.
tag: SXA,Vüqar Behbudov,Vətəndaş,Qəbul,Todaypress.tv,
