Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasından 5 il ötür

Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasından 5 il ötür
30.06.2025 12:12 Sosial

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin təsdiq edilərək fəaliyyətə başlamasından 5 il ötür.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə Nizamnaməsi təsdiq edilərək fəaliyyətə başlayan Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə qanunla müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə və himayədar ailə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyəti həyata keçirir.

Agentlik bütün ölkəni əhatə edən 13 filialı və 21 müəssisəsi ilə bütün yaş kateqoriyalarından olan əhali qruplarına səyyar, stasionar və yarımstasionar xidmətlər göstərir.

Son beş ildə qurum tərəfindən həssas əhali qruplarından olan şəxslərə 550 mindən çox  xidmət (sosial-məişət xidməti, mənzil və avtomobillə, sanatoriya-kurort göndərişləri ilə təminat, övladlığagötürmə, himayədar ailə, repatriasiya və s.) göstərilib. Həmin dövrdə 19 minədək vətəndaşın evlərində, 17 mindən çox şəxsin Agentliyin müəssisələrində sosial xidmətlərlə təminatı həyata keçirilib.

Agentliyin sifarişləri ilə icra olunan layihələr çərçivəsində yaradılan günərzi qayğı və sosial reabilitasiya mərkəzlərində, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərində isə 40 minə yaxın şəxsə xidmətlər göstərilib. O cümlədən bölgələrdə yaradılan 121 günərzi qayğı mərkəzi və 100-dən çox sosial reabilitasiya mərkəzində həssas qruplara aid 15 minədək uşağın qavrayış, emosional, fiziki inkişafına, ilkin yazı və oxuma bacarıqlarına yiyələnməsinə dəstək işləri aparılıb.

Sosial Xidmət Mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi işləri davam edir və bu il daha 5 belə mərkəzin açılması planlaşdırılır ki, bununla da həmin mərkəzlərin sayı 10-a çatacaq.

2023-cü ildən Avropa Sosial Şəbəkəsinin üzvü olan Sosial Xidmətlər Agentliyi Asiya-Sakit Okean regionu üzrə nüfuzlu “Asiya Mükafatı” müsabiqəsində “Asiyanın Seçilən Sosial Xidmət Agentliyi Mükafatı” və “Asiya Uşaq İnkişafı Mükəmməlliyi Mükafatı”na, üç istiqamət üzrə beynəlxalq ISO sertifikatlarına, qurumun bir sıra mobil tətbiqləri milli mükafatlara layiq görülüb.

Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”na uyğun olaraq sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı kadr potensialının inkişaf etdirilməsi, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, sosial xidmətlərdə ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər