DİQQƏT: Rusiyada bu şəxslər hədəfə alınır - VİDEO
Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiya paketini hazırlayır.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen noyabrın 23-də Rusiyaya qarşı 22-ci sanksiya paketini təqdim edərkən rəsmi bəyanatla çıxış edib.
Yeni məhdudiyyətlər çərçivəsində daha 60 Rusiya bankının hədəfə alınması nəzərdə tutulur.
Paketə əsasən, rusiyalı idmançılara milli bayraq altında beynəlxalq yarışlarda iştirak qadağan edilə bilər.
Həmçinin keçmiş hərbçilərin Avropa İttifaqı ərazisinə daxil olmasına məhdudiyyət qoyulması planlaşdırılır.
Bundan əlavə, Rusiyanın enerji sektoru və kriptovalyuta əməliyyatlarına qarşı yeni məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.