Jurnalist yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Sosial

10.12.2025 17:44

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Konstitusiya və Suverenlik medianın gözü ilə” mövzusunda elan edilmiş ənənəvi Jurnalist yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

TodayPress TV xəbər verir ki, müsabiqəyə təqdim olunmuş jurnalist yazılarının ədalətli və peşəkar qiymətləndirilməsi (yazıların plagiat olub olmamasının, yazı sahiblərinin mövzu üzrə biliklərinin yoxlanılması) məqsədilə məqalələrə Ombudsman Aparatının və Mətbuat Şurasının ekspertləri tərəfindən rəy verilib.

Belə ki, müsabiqədə “Report” İnformasiya Agentliyinin müxbiri Şəfiqə Nazimqızı 1-ci yerə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Siyasi və rəsmi xəbərlər redaksiyasının redaktoru Hikmət Əhmədov və “İki sahil” qəzetinin müxbiri Yaqut Aslanova 2-ci yerə, “Azvision.az” saytının müxbiri İlkin Nəcəfzadə və “Minval.az” saytının müxbiri Zarina Orucəliyeva 3-cü yerə layiq görülüb. “AZİA.az” bloqunun rəhbəri Subut Mehdiyev və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Göyçək Mahmudluya isə həvəsləndirici mükafatlar təqdim edilib.

TodayPress TV

tag: Ombudsman,Jurnalist,Müsabiqə,Yazı,Todaypress.tv,

photo
photo
photo
photo
photo