İzmirdə zavodda güclü partlayış, 16 nəfər ölüb, 13-ü yaralanıb - VİDEO

İzmirdə zavodda güclü partlayış, 16 nəfər ölüb, 13-ü yaralanıb - VİDEO
09.11.2026 23:08 Sosial

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı açıqlama verib.

TodayPress TV bu barədə "Haber Global"a istinadən xəbər verir.

O bildirib ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib, 2-si ağır olmaqla 13 nəfər yaralanıb.

Ərdoğan həlak olan işçilərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Prezidentin sözlərinə görə, partlayışla bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi və kimlərin məsuliyyət daşıdığı müəyyən ediləcək.

O, həmçinin hadisədən dərhal sonra energetika və daxili işlər nazirlərinin tapşırığı əsasında hadisə yerinə göndərildiyini bildirib.

***

18:07

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə İzmir Valiliyi məlumat yayıb.

Hadisə nəticəsinə 10 nəfərin yaralandığı, 8 nəfərin isə dağıntılar altında qaldığı bildirilir.

Baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb.

***

14:33

İzmirdə fabrikdə güclü partlayış baş verib.

TodayPress TV “NTV“nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb.

Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb.

İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var.

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər