İyul ayının pensiya ödənişi yekunlaşdı

İyul ayının pensiya ödənişi yekunlaşdı
22.07.2025 14:21 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə TodayPress TV-yə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, iyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə bölgələrdə yaşayan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər