Dəmir yollarının gecikməsinə görə sərnişinə nə qədər ödənməlidir?

Dəmir yollarının gecikməsinə görə sərnişinə nə qədər ödənməlidir?
16.11.2026 14:34 Sosial

ADY-yə məxsus qatarın Bakı istiqamətində hərəkəti zamanı yaranan gecikmə sərnişinlərdən birinin narazılığına səbəb olub.

TodayPress TV xəbər verir ki, sərnişinlərdən biri məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, qatar saat 21:43-də Bakıda olmalı olsa da, nəzərdə tutulan vaxtdan təxminən 1,5 saat keçməsinə baxmayaraq, hələ Bilecəriyə belə çatmayıb.

Sərnişin gecikmə ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməməsindən, Bakıya çatma vaxtı barədə dəqiq məlumat verilməməsindən narazılığını ifadə edib.

“Xəbərdarlıq, gecikmə haqqında məlumat vermək yox, Bakıya nə vaxt çatacağını düzgün deyən yoxdur. Adamların vaxtına hörmət yoxdur”, – deyə o paylaşımında qeyd edib.

Zəhra  Məmmədova

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər