Bakıda evdən 7050 manatlıq qızılı oğurlandı - Şübhəli şəxs saxlanıldı
Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdən də elektrik kabelləri oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.