Arzum hansı şərtlərlə azadlığa buraxıldı?

Arzum hansı şərtlərlə azadlığa buraxıldı?
22.07.2026 13:01 Sosial

20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) hansı şərtlərlə ev dustaqlığına buraxılması məlum olub.

TodayPress TV xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini təmin edib.

Məhkəmə Arzumun 4 övladı olmasını, onlardan birinin ağır autizm xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb. Bu əsasla Arzum ev dustaqlığına buraxılıb.

Ona ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etməyə qadağa qoyulub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək. 

Bundan əlavə, vəkillərin işin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin edilib. Apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması qərara alınıb. Yəni ki, vəkillər yenidən sübutlarını təqdim edəcək, yeni araşdırma olacaq.

Qeyd edək ki, Arzum bugünkü iclasda məhkəmə zalından azad edilib.

TodayPress TV

FOTOLAR

Arzum hansı şərtlərlə azadlığa buraxıldı? — 1
XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər