258 mindən çox şəxsə pensiya, müavinət və təqaüd təyin olunub
2025-ci ildə Azərbaycanda 258 157 şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub.
Bu barədə TodayPress TV-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, onlardan 39 208-i pensiya, 218 949-u müavinət (o cümlədən məcburi dövlət sosial sığorta hesabına ödənilən) və təqaüd təyinatıdır.