Fransada inqilaba liderlik "Xomeyni"nin əlinə keçdi - VİDEO

Fransada inqilaba liderlik "Xomeyni"nin əlinə keçdi  - VİDEO
20.10.2026 12:00 Təhlil
Fransa sosial mediası İran İslam rejimini tərifləyən və "Fransada İslam inqilabı"na çağırış edən redaktələrlə doludur.

İkinci və üçüncü nəsil fransız miqrantlarının Ayətullah Xomeyni obrazını ideallaşdırması, Süni İntellekt texnologiyalarından istifadə edərək onun 1979-cu il çıxışlarını fransız dilinə çevirməsi və mem şəklində yayması əslində dərin sosial-siyasi manipulyasiyadır.

Tirajlanan kadrlar - Xomeyninin 1 fevral 1979-cu ildə Beheşt-e Zəhrada yoxsullar üçün pulsuz su, elektrik enerjisi və ictimai nəqliyyat vəd etdiyi çıxış -  klassik populizm nümunəsidir. Müasir Avropada artan yaşayış xərcləri və iqtisadi sıxıntılar fonunda bu cür vədlər cəmiyyətdə asanlıqla alıcı tapır. Buradakı əsas ziddiyyət odur ki, bu çıxış İranın özündə İslam rejiminin yalan vədlərinin, iqtisadi uğursuzluqlarının və ideoloji aldatmanın məşhur simvoludur

Süni intellekt alətləri vasitəsilə arxiv materiallarının tərcümə olunaraq dinamik vizuallara çevrilməsi təbliğatın təsir gücünü dəfələrlə artırır. Dil səddi aradan qalxdıqca, Fransadakı gənc nəsil tarixi kontekstdən tamamən bəxəbər şəkildə yalnız ideoloji cəhətdən cilalanmış qısa məzmunu mənimsəyir. Bu meyil  Fransadakı sosial inteqrasiya modelinin axsadığını və özünü cəmiyyətdən təcrid olunmuş hiss edən gənclərin mövcud sistemə qarşı radikal alternativlər axtardığını göstərir.

1979-cu ildə İranda iqtisadi fəlakət və azadlıqların məhdudlaşdırılması ilə nəticələnən yalan vədlər bu gün Avropa gəncinə sırınır. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər