Fövqəladə tədbir: Parisdə matç öncəsi komendant saatı tətbiq edildi!
UEFA Çempionlar Liqasının III turu çərçivəsində keçiriləcək PSJ - “Barselona” qarşılaşmasından əvvəl Paris polis müvəqqəti məhdudiyyətlər elan edib.
TodayPress TV BBC-yə istinadən xəbər verir ki, son günlərdə ölkədə baş verən iğtişaşlar səbəbindən paytaxtın bəzi rayonlarında yerli vaxtla bazar ertəsi saat 23:00-dan çərşənbə axşamı səhər saat 06:00-dək insanların hərəkətinə qadağa qoyulub.
Bundan əlavə, bazar ertəsi saat 20:00-dan çərşənbə axşamı səhər 06:00-dək kütləvi yığıncaqların keçirilməsi qadağan edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində vətəndaşlara silah, feyerverk və tezalışan təhlükəli maddələr daşımaq da qadağan olunub.
Qeyd edək ki, PSJ və “Barselona” arasında Çempionlar Liqasının ümumi mərhələsinin III tur oyununun bu gün, oktyabrın 20-də Parisdə keçirilməsi planlaşdırılır.
Namiq HUN