Topa sahib olan qazanacaq: Pedri PSJ oyununun sirrini açıqladı!

Topa sahib olan qazanacaq: Pedri PSJ oyununun sirrini açıqladı!
20.10.2026 11:53 İdman

“Barselona”nın kapitanı və yarımmüdafiəçisi Pedri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində PSJ-yə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Futbolçunun sözlərinə görə, hər iki komandanın sərgilədiyi oyun üslubu bu qarşılaşmanı turnirin ən maraqlı və səviyyəli matçlarından birinə çevrir:

“Biz yaxşı aydındayıq və özümüzə güvənirik. Rəqib çox çətindir, lakin biz bura yalnız qələbə məqsədi ilə gəlmişik”.

Pedri meydandakı əsas mübarizənin məhz yarımmüdafiə xəttində gedəcəyini vurğulayıb:

“Hər iki komandanın yarımmüdafiəsi topsuz oynayanda daha çox əziyyət çəkir. Buna görə də topa sahib olan tərəf üstünlük qazanacaq. Əgər mənə də oynamaq nəsib olsa, qələbə üçün əlimdən gələni edəcəyəm”.

PSJ – “Barselona” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər