Oktyabr ayının pensiyaları ÖDƏNİLDİ

Oktyabr ayının pensiyaları ÖDƏNİLDİ
20.10.2026 11:41 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dan məlumat verilib.

Bildirilib ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

TodayPress TV

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər