Azərbaycan nefti 2 dollardan çox BAHALAŞDI

Azərbaycan nefti 2 dollardan çox BAHALAŞDI
20.10.2026 10:33 İqtisadiyyat

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,26 ABŞ dollar artıb.

TodayPress TV xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,26 ABŞ dolları və ya 1,95 % artaraq 118,53 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

TodayPress TV 

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər