Portuqaliya millisində baş verən insidentlə bağlı yeni təfərrüatlar
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Portuqaliya Futbol Federasiyasından (FPF) ona verilən cəzanın yumşaldılmasını xahiş edib. 41 yaşlı futbolçu bu xahişini “futbolun inkişafına verdiyi böyük töhfə” və “idman xidmətləri” ilə əsaslandırmağa çalışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.
Bildirilib ki, Ronaldu öz davranışına görə üç yumşaldıcı hal qeyd edib:
“futbolun inkişafına əhəmiyyətli töhfə”, “idman xidmətlərinin mövcudluğu” və “həqiqətin üzə çıxmasında həlledici rol”.
Federasiya ilk iki arqumentlə razılaşsa da, sonuncunu rədd edib:
“Faktların böyük hissəsi açıq mənbələrdə mövcuddur ki, bu da uzun və mürəkkəb təhqiqatın aparılması zərurətini aradan qaldırır”.
Buna baxmayaraq, daha əvvəl Ronaldonun mövcud kənarlaşdırma cəzasına baxmayaraq, noyabr ayındakı yığıncaq üçün yenidən milli komandaya çağırıla biləcəyi barədə xəbərlər yayılıb.
Xatırladaq ki, “Əl-Nəsr”in hücumçusu UEFA Millətlər Liqasında Norveçə qarşı keçirilən matçda (2:1) baş məşqçi Jorje Jezuş onu meydana buraxmadıqdan sonra yığmanın düşərgəsini özbaşına tərk etmişdi. Buna görə federasiya oyunçunu bir aylıq müddətə milli komandadan uzaqlaşdırıb və 255 min avro cərimələyib.
Namiq HUN