“İstədiyimə nail ola biləcəyimi bilirəm!” - Lando Norrisdən iddialı sözlər
“Maklaren” komandasının pilotu Lando Norris özünə daha çox inandığını və “Formula-1”də uğur qazanmaq bacarığına olan şübhələrini tamamilə aradan qaldırdığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Racingnews365” məlumat yayıb.
Pilotun sözlərinə görə, bu, təzyiqlə deyil, daxili inamın formalaşması ilə bağlıdır. Norris qeyd edib ki, əsas məsələ başqalarını deyil, ilk növbədə özünü sübut etməkdir:
“Mənə hər hansı qələbəni qazanacağıma və ya çempion ola biləcəyimə inanmaq həmişə çətin olub – həmən nəticəni özüm əldə edənə qədər. Amma indi daxili inamım tamdır”.
O, bu cür özünəinamın onda daha tez yaranmasını istədiyini, lakin düşüncə tərzinin belə qurulduğunu vurğulayıb.
Namiq HUN