Amerikanın İrana girməsi və qısa müddətdə zəfər elan etməsi gözlənilir
ABŞ ordusu İranın enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün GBU-43/B MOAB tipli ağır bombadan istifadə variantını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, “Reuters” agentliyinin CNN-ə istinadən yaydığı məlumata görə, ABŞ hərbi planlaşdırıcıları bu silahın mümkün istifadəsini Donald Trampın hərbi əməliyyatların bərpası barədə qərar verəcəyi təqdirdə nəzərdə tutublar.
Qeyd edək ki, “Bütün bombaların anası” adlandırılan GBU-43/B ABŞ arsenalındakı ən güclü nüvə olmayan bombalardan biridir.
Məlumata əsasən, mümkün zərbələrin hədəfləri arasında İranın enerji infrastrukturu və nüvə obyektləri var. Bununla belə, ABŞ hərbi dairələrində bombanın Vaşinqtonun strateji məqsədlərinə nə dərəcədə nail olmağa imkan verəcəyi ilə bağlı şübhələr mövcuddur. “Reuters” CNN-in məlumatını müstəqil şəkildə təsdiqləmədiyini də bildirib.
ABŞ Prezidenti Donald Tramp oktyabrın 15-də İranın nüvə proqramı ilə əlaqəli “Pickaxe Mountain” obyektinin də hədəfə alına biləcəyini istisna etməyib. Lakin MOAB bombasının İranın dərin yeraltı obyektlərini məhv etmək imkanları məhdud qiymətləndirilir.
Jalə Rövşən