"103"ün vətəndaşa "biz ora baxmırıq" cavabı araşdırıldı - TƏBİB-dən reaksiya

"103"ün vətəndaşa "biz ora baxmırıq" cavabı araşdırıldı - TƏBİB-dən reaksiya
20.10.2026 11:09 Sosial

Qazax rayonunun “Təzə məhəllə” yaşayış massivində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin vaxtında göstərilməməsi və 103 xidmətinə edilən zənglərə adekvat reaksiya verilməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar araşdırılıb.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib. 

"19 oktyabr 2026-cı il tarixində “Instagram” sosial şəbəkəsində 103 xidmətinə edilən zənglərin aidiyyəti rayon əvəzinə qonşu rayonun dispetçer xidmətinə yönləndirilməsi ilə bağlı paylaşım araşdırılıb.

Məsələnin təkrarlanmaması və vətəndaş müraciətlərinin operativ qəbulunun təmin edilməsi məqsədilə regionlar üzrə müvafiq bölmələrin dispetçerlərinə tapşırıqlar verilib.

Tapşırığa əsasən, zəng aidiyyəti olmayan rayonun 103 xidmətinə daxil olsa belə, dispetçer müraciəti qəbul etməli, zəruri məlumatları qeydə almalı və çağırışı müvafiq bölməyə yönləndirməlidir.

Mərkəzdən qeyd olunub ki, hər bir vətəndaş üçün əlçatan olmaq və müraciətlərə operativ reaksiya vermək əsas vəzifələrdəndir",- qurumdan bildirilib. 

Jalə Rövşən 

Vətəndaşın müraciət videosu:

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər