İstanbulda Azərbaycan Baş Konsulluğunda təhlükəsizlik tədbirləri gücləndirildi - VİDEO

İstanbulda Azərbaycan Baş Konsulluğunda təhlükəsizlik tədbirləri gücləndirildi - VİDEO
20.10.2026 12:44 Gündəm

İstanbulda Azərbaycan Baş Konsulluğunun yerləşdiyi küçə silahlı polis qüvvələri tərəfindən mühafizəyə götürülüb.

TodayPress TV Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Qeyd olunub ki, hazırda ərazi ciddi mühafizə altına alınıb, konsulluğun önündə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirilib. Bir qrup dini fəal Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqinə qarşı şüarlar səsləndiriblər.

Məsələ ilə bağlı müvafiq quruma sorğu verilib.


TodayPress TV


XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər