"Səfəvilər nə vaxtdan FARS olub?!" - Hər şeyi öz adı ilə çağıraq

"Səfəvilər nə vaxtdan FARS olub?!" - Hər şeyi öz adı ilə çağıraq
14.05.2026 16:24 Siyasət

Türkiyə Milli Təhsil Nazirliyinin açıqlamasına görə, dərsliklərdə bəzi tarixi və coğrafi anlayışların dəyişdirilməsi qərara alınıb. Yeni proqramda “Orta Asiya” əvəzinə “Türkistan”, “Ege dənizi” əvəzinə “Adalar dənizi” ifadəsi işlədiləcək. “Səlib yürüşləri” anlayışı “Xaçlı hücumları” kimi təqdim olunacaq, “coğrafi kəşflər” isə “müstəmləkəçiliyin başlanğıcı” kimi izah ediləcək.

Bu dəyişikliklərin milli və tarixi baxışın gücləndirilməsi məqsədi daşıdığı bildirilir. Maraqlıdır, bəs Azərbaycanda dəyişilməli olacaq terminlər varmı? 

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki,  bu məsələyə yanaşmada, xüsusilə tarix kitablarında və bəzi tarixə dair əsərlərdə istifadə olunan terminologiyaya diqqət yetirilməlidir:


"Məsələn, Rusiyanın Cənubi Qafqaza və Azərbaycana gəlişi ilə bağlı bəzi mənbələrdə “gəliş” və ya buna bənzər ifadələr işlədilir. Lakin bu hadisələrin xarakterini nəzərə alaraq, bir çox hallarda “işğal” kimi daha dəqiq və hadisənin mahiyyətini əks etdirən ifadələrin işlədilməsi lazım olduğu fikrindəyəm. Yəni Rusiyanın Cənubi Qafqazı və Azərbaycanın müəyyən ərazilərini işğal etməsi kimi terminologiyanın daha uyğun ola biləcəyini düşünürəm".

Analitik qeyd edib ki, hadisələrin mahiyyətini ört-basdır edən ümumi ifadələr yığışdırılmalıdır:

"Digər bir məsələ isə “erməni məsələsi” ifadəsinin işlədilməsidir. Fikrimcə, bu termin ümumi və qeyri-dəqiq səslənir. Bunun əvəzinə daha konkret ifadələrdən, məsələn, “erməni separatizmi”, “Azərbaycanda erməni separatçı fəaliyyəti” və ya “etnik təmizləmə siyasəti” kimi daha dəqiq terminlərdən istifadə olunması daha məqsədəuyğun ola bilər. Çünki bu hadisələrin mahiyyətini daha aydın şəkildə ifadə edən məhz bu cür anlayışlardır".

Mübariz Göyüşlü həmçinin tarixi obyektivliyin bərpası üçün zəruri olan məqamı vurğulayıb:

"Səfəvilər dövləti ilə bağlı  qeyd etmək istərdim ki, tarixçi olmasam da, oxuduqlarım və qarşılaşdığım mənbələr əsasında belə bir fikir formalaşıb ki, bu dövlətin daha çox türk dövlətçilik ənənələri kontekstində təqdim olunması daha doğru yanaşma ola bilər. Bəzi hallarda fars təsirinin və ya məzhəb amilinin həddindən artıq ön plana çıxarıldığını müşahidə edirik. Bu baxımdan, həmin məsələlərə daha balanslı və obyektiv yanaşmanın vacib olduğunu düşünürəm". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Bütün Xəbərlər