Hakan Fidan Azərbaycana səfər edəcək

Hakan Fidan Azərbaycana səfər edəcək
03.11.2025 16:10 Siyasət

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

TodayPress TV xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, Türkiyə XİN başçısı da noyabrın 8-də Bakıda keçiriləcək Zəfər paradına qatılacaq.

Məlumata görə, Hakan Fidan milli müdafiə naziri Yaşar Gülərlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycana gələcək nümayəndə heyətinin tərkibində yer alacaq.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər