Belarusda "Qayıdış, miqrasiya, stabillik; Azərbaycan təcrübəsi" adlı dəyirmi masa keçirildi

Belarusda "Qayıdış, miqrasiya, stabillik; Azərbaycan təcrübəsi" adlı dəyirmi masa keçirildi
18.06.2025 13:37 Siyasət

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində Belarusun paytaxtı Minsk şəhərində "Qayıdış, miqrasiya, stabillik; Azərbaycan təcrübəsi" adlı dəyirmi masa keçirilib.

TodayPress TV xəbər verir ki, görüşdə Belarus ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Belarus diaspora komitəsinin məsul şəxsləri, Minsk şəhər sovetinin, Belarus Miqrasiya komitəsinin məsul şəxsləri, Belarus Dövlət İdman Akademiyasının tələbələri, ”KINIK” MMC-nin, ”PORA” mərkəzinin, ”Akademtrans” təşkilatının, 18 saylı gimnaziyanın məsul şəxsləri iştirak edib.

Dəyirmi masada Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin Prezidenti giriş və salamlama nitqi ilə çıxış edib. Layihənin məqsədləri, həmçinin icraçı və donor təşkilat barədə iştirakçılar məlumatlandırılıb.

Azərbaycan Diasporası tərəfindən hazırlanan və  Belarus əsilli gənc qızların ifasında “Uzundərə” milli rəqs proqramı qonaqlara təqdim edildikdən sonra dəyirmi masa öz işinə başlayıb.

Sonra beynəlxalq hüquq sahəsində tanınmış ekspert Ziya Quliyev Azərbaycan həqiqətlərini Belarus ictimaiyyətinə təqdim edib. O, Qərbi Azərbaycandan deportasiya olunmuş Azərbaycanlıların yaşadığı dəhşətli hadisələri, insanların müxtəlif illərdə üzləşdiyi deportasiyanı, beynəlxlaq hüquq pozuntuları və statistik məlumatları tədbir iştirakçılarına çatdırıb.

Ziya Quliyev Qərbi Azərbaycan icması tərəfindən hazırlanmış “Qərbi Azərbaycana Qayıdış Konsepsiya” sənədi və sənədin beynəlxalq hüquq prisiplərinin normativləri haqqında humanizm və ləyaqətli qayıdış prosesləri və Ermənistanın öhdəlikləri barədə geniş məlumaltarla çıxış edib.

Görüşdə “Akademtrans” Tədris Mərkəzinin eksperti Natalya Qarbuz və Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin prezidenti İlqar Hüseynli tərəfindən miqrasiya məsələləri və Azərbayca və Belarus Respublikaları arasında əməkdaşlıq münasibətləri barədə geniş təqdimat edilib.

Sonra təqdimatlara dair müzakirələr aparılıb, suallar cavablandırılıb.

Dəyirmi masada Belarus Azərbaycan İcması Konqresinin sədr müavini Oleq Bədəlov, Minsk şəhər icrayyə komitəsinin sədr müavini Anastasiya Fransuzova və şəhər adminstasiyasının əməkdaşı Ekatrina Mixaylovskaya, Vətəndaşların İmiqrasiya İdarəsinin baş mütəxəsisləri Nina  Kosoykina və Tatyana Struk təqdimatçılara suallar ünvanlayıb və şərhlərlə çıxış ediblər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə həyata keçirilir.

FOTOLAR

Belarusda "Qayıdış, miqrasiya, stabillik; Azərbaycan təcrübəsi" adlı dəyirmi masa keçirildi — 1
Belarusda "Qayıdış, miqrasiya, stabillik; Azərbaycan təcrübəsi" adlı dəyirmi masa keçirildi — 2
XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər