Keniyada məmurları daşıyan helikopter qəzaya uğradı

Keniyada məmurları daşıyan helikopter qəzaya uğradı
12.10.2026 18:25 Dünya

Keniya Meşə Təsərrüfatı Xidmətinə məxsus, göyərtəsində məmurun olduğu helikopter ölkənin qərbində qalxış zamanı qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli polisə istinadən "The Star" nəşri məlumat yayıb.

Məlumata görə, insident Keriço şəhərindəki qolf-klubun ərazisində baş verib. Göyərtəsində beş nəfərin olduğu helikopter havalandıqdan qısa müddət sonra yerə çırpılıb. Sərnişinlərdən biri Ətraf Mühit, Meşə Təsərrüfatı və İqlim Dəyişikliyi Məsələləri Nazirliyinin baş katibi Festus Nqeno olub.

Keriço dairəsinin polis rəisi Kivindu Kilonzonun bildirdiyinə görə, təyyarədə olan bir neçə nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Həlak olan yoxdur. Helikopter ciddi zədələnib, o cümlədən onun quyruq hissəsi qopub.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər