Azərbaycan nefti ucuzlaşdı
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,53 ABŞ dolları və ya 1,6% ucuzlaşaraq 93,97 ABŞ dollarına enib.
TodayPress TV xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,69 dollar və ya 1,82% ucuzlaşaraq 91,00 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.