Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi

Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi
07.08.2026 09:33 Sənaye və energetika

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,33 ABŞ dolları və ya 2,56% artaraq 93,37 ABŞ dollarına yüksəlib.

TodayPress TV xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçersləri isə 87,6 ABŞ dolları səviyyəsində olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir barelinin qiyməti də 2,41 ABŞ dolları və ya 2,74% bahalaşaraq 90,3 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları nəzərdə tutulub.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər