Tramp İranla bağlı müharibə iddialarına nöqtə qoydu

Tramp İranla bağlı müharibə iddialarına nöqtə qoydu
07.11.2026 10:36 Dünya

ABŞ Prezidenti Donald Tramp İranla bağlı müharibə müzakirələrinə münasibət bildirib.

TodayPress TV  “Clash Report”un “X” kanalına istinadən xəbər verir ki, Tramp baş verənlərin müharibə hesab edilmədiyini deyib.

“Bu, müharibə deyil. Beş ay ərzində heç kimin yaralanmadığı, ölmədiyi və ya başqa bir hadisənin baş vermədiyi vəziyyət müharibə ola bilməz. Bu, müharibə deyil.

Bilirsiniz, Rusiya və Ukraynada ayda 25 min nəfər itki verirlər. Biz isə yeddi aydır heç kimi itirməmişik. Buna görə də məncə, bu, müharibə deyil.

Tam nəzarət bizdədir, amma iranlılarla məşğuluq. Bunun necə nəticələnəcəyini görəcəyik”, – deyə Tramp bildirib.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
07 NOYABR 2026
Bütün Xəbərlər