Vaşinqton Tayvanın səmasını gücləndirir - Daha üç qırıcı yola düşür
ABŞ-də Taypeyin sifarişi ilə istehsal olunan daha üç yeni F-16V qırıcısı yaxın vaxtlarda Tayvana çatacaq.
TodayPress TV xəbər verir ki, bu barədə adanın müdafiə qurumunun rəhbəri Qu Lisyun bildirib.
“ABŞ-dən satın alınan üç F-16V qırıcısından ibarət ikinci partiya yaxın vaxtlarda Tayvana çatmalıdır”, – deyə "Taipei Times" qəzeti Qu Lisyunun sözlərini sitat gətirib.
Qəzetin mənbəsinin sözlərinə görə, ABŞ-dən havaya qalxdıqdan sonra təyyarələr Havay adalarında və Quam adasında aralıq enişlər edəcək, daha sonra Tayvanın Taytun qəzasında yerləşən Çjihan aviabazasına istiqamətlənəcək.
Daha əvvəl ilk iki F-16V qırıcısı da eyni marşrutla oktyabrın 2-də adaya çatıb.
Aysel Mətləb