Tramp Qeşm adasına zərbəni etiraf etdi: “15 dəqiqəyə sıradan çıxardıq”
ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasındakı hava hücumundan müdafiə sisteminə zərbələr endirildiyini etiraf edib.
TodayPress TV xəbər verir ki, jurnalistin ABŞ-nin Qeşm adasına zərbə endirib-endirmədiyi barədə sualına Tramp belə cavab verib:
"Bu barədə danışmaq istəmirəm. Biz məhdud zərbələr endiririk. Onlar kiçik bir zenit sistemi qurmuşdular, biz də onu təxminən 15 dəqiqə ərzində sıradan çıxardıq. Bəlkə də 5 dəqiqəyə".
Aysel Mətləb