Dakar-2026: Azərbaycanı çimərlik güləşində iki idmançı təmsil edəcək

Dakar-2026: Azərbaycanı çimərlik güləşində iki idmançı təmsil edəcək
07.11.2026 11:12 İdman

Noyabrın 7-də Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışlara start veriləcək.

TodayPress TV xəbər verir ki, bu idman növündə Azərbaycanı iki idmançı təmsil edəcək.

Təmsilçilərimizdən Günel Kərimli 55 kq, Nihad Süleymanlı isə 80 kq çəki dərəcəsində mübarizə aparacaq.

Yarışlar Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. İdmançılarımız final mərhələsinə yüksələcəkləri təqdirdə, Günel Kərimli saat 20:55-də, Nihad Süleymanlı isə saat 21:15-də həlledici görüşə çıxacaq.

Qeyd edək ki, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi üzrə ümumilikdə dörd idmançı ilə təmsil olunur. Digər iki təmsilçimiz isə noyabrın 8-də mübarizəyə qoşulacaq.

XƏBƏR LENTİ
07 NOYABR 2026
Bütün Xəbərlər