Rubiodan Trampa dəstək: “O, çətin qərarlar vermək üçün seçildi”

Rubiodan Trampa dəstək: “O, çətin qərarlar vermək üçün seçildi”
07.11.2026 12:14 Dünya

ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Trampın İranla bağlı mövqeyini müdafiə edərək, onun bu məsələni gələcək administrasiyaların öhdəsinə buraxmaq əvəzinə birbaşa qarşıdurmaya getdiyini bildirib.

TodayPress TV  “Clash Report”un “X” kanalına istinadən xəbər verir ki, Rubio Trampın çətin qərarlar qəbul etmək üçün seçildiyini vurğulayıb.

“Əvvəlki bir çox prezident kimi İran məsələsinə göz yummaq və onu növbəti administrasiyanın öhdəsinə buraxmaq daha asan olardı. Lakin Tramp bunu etmədi. O, bu məsələ ilə üzləşdi. Çünki İranın məqsədi təkcə ölkəmizi məhv etmək deyil, həm də həyat tərzimizi yox etmək və uşaqlarımız üçün təhlükə yaratmaqdır”, – Rubio qeyd edib.

Dövlət katibi əlavə edib ki, dünyanın ən radikal rejiminin kütləvi qırğın silahına sahib olduğu şəraitdə yaşamaq mümkün deyil.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
07 NOYABR 2026
Bütün Xəbərlər