Prezidentə “Xankəndi” FK-nın forması təqdim edildi

Prezidentə “Xankəndi” FK-nın forması təqdim edildi
07.11.2026 13:08 İdman

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərinə səfəri çərçivəsində əsaslı yenidənqurmadan sonra açılışı olan Xankəndi şəhər stadionu ilə tanış olub.

Bu barədə TodayPress TV-yə Xankəndi Futbol Klubunun mətbut xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət başçısı stadionun soyunub-geyinmə otağına baş çəkib. Burada Prezident İlham Əliyevə Xankəndi Futbol Klubunun futbolçuları üçün hazırlanmış oyun formaları, o cümlədən ölkə rəhbərinin ad və soyadının qeyd olunduğu xüsusi forma təqdim edilib. 

Qeyd edilib ki, Xankəndi şəhər stadionunun yenidən qurulması şəhərdə futbol ənənələrinin bərpası və idmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

XƏBƏR LENTİ
07 NOYABR 2026
Bütün Xəbərlər