İranın nüvə proqramı haqqında məlumat verənə... - ABŞ milyonlar təklif etdi
ABŞ İranın nüvə proqramı haqqında məlumat verən şəxslərə 20 milyon dollaradək mükafat və “mümkün köçürülmə imkanı” təklif edir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Qeyd edilib ki, “Ədalət üçün mükafat” proqramı çərçivəsində insanların İranın nüvə proqramı ilə bağlı məlumatları pul mükafatı və ya mümkün köçürülmə imkanı müqabilində paylaşa biləcəyini bildirib.
Məlumata əsasən, şəxslər İranın nüvə proqramına aid obyektlər, avadanlıqlar və əməkdaşlar haqqında məlumat verə bilərlər.
Komandanlıq, həmçinin məlumatların paylaşılması üçün “Ədalət üçün mükafat” proqramının internet səhifəsinə keçid verib.
Aysel Mətləb