Yazıçı Anar: “Azərbaycan kinosu parlaq ulduzlarından birini itirdi”

Mədəniyyət

30.03.2026 13:20

“Kino sənətinin ən parlaq ulduzlarından birini itirdik. Azərbaycan kinosu yaşadıqca, onun ən böyük ifaçılarından biri olan Rasim Balayev də yaşayacaq”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Xalq artisti Rasim Balayevin vida mərasimində deyib.

O, Rasim Balayevlə uzun illər sənət dostu olduqlarını bildirib:

“Rasimlə sənət dostu idik. Bəzi filmlərimdə müəllif və ssenarist olaraq Rasimi həmişə “öldürürdük”. O, “Nəsimi”də də, “Babək”də də, digər filmlərdə də öldü…İndi isə Rasim özü həyatdan köçdü. Lakin onun sənəti, dostluqda etibarlılığı, gözəl səsi həmişə bizimlə olacaq. Allah rəhmət eləsin”.

Qiymət Mahir


tag: Anar,Yazıçı,Rasim Balayev,Vida,Todaypress.tv,