Yardımlıda qədim dövrə aid evlər aşkar edildi

Yardımlıda qədim dövrə aid evlər aşkar edildi
08.08.2025 10:37 Mədəniyyət

Yardımlıda yol tikintisi zamanı üzə çıxan yaşayış məskəndindən qədim dövərə aid evlər aşkar edilib.

TodayPress TV xəbər verir ki, bu barədə APA-nın cənub bürosuna AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Anar Ağalarzadə məlumat verib.

Onun sözlərinə görə, rayonun Keçələkəran kəndində yerləşən Viləşçay qədim yaşayış məskənində aparılan arxeoloji tədqiqatlar zamanı son tunc – erkən dəmir dövrünə aid çoxsaylı maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Qazıntılar nəticəsində çay daşından tikilmiş ev bünövrələri, təsərrüfat quyuları, ocaq yerləri, müxtəlif formalı və ölçülü təsərrüfat küplərinə aid fraqmentlər, məişətdə istifadə olunan kiçik ölçülü və miniatür qab qırıntıları, eləcə də toxuculuqda istifadə edilmiş sümüklərdən hazırlanmış iy başlıqları üzə çıxarılıb.

Arxeoloqlar bildiriblər ki, bu tapıntılar bir vaxtlar ərazidə toxuculuğun, maldarlığın və digər sənət növlərinin geniş inkişaf etdiyini deməyə əsas verir.

Qeyd edək ki, Viləşçay qədim yaşayış məskəni Masallı-Yardımlı avtomobil yolunun 41-ci kilometrində kəndə yeni yolun çəkilişi zamanı aşkarlanıb.

FOTOLAR

Yardımlıda qədim dövrə aid evlər aşkar edildi — 1
Yardımlıda qədim dövrə aid evlər aşkar edildi — 2
Yardımlıda qədim dövrə aid evlər aşkar edildi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər