“Stranger Things”in yeni mövsümü "Netflix"də nasazlığa səbəb oldu

Mədəniyyət

27.11.2025 18:30

“Stranger Things” serialının beşinci mövsümünün "Netflix"də premyerası qısa müddətli texniki nasazlığa səbəb olub. 

TodayPress TV xəbər verir ki, yeni epizodlar yayımlandıqdan dərhal sonra platforma bir neçə dəqiqə bəzi istifadəçilər üçün əlçatmaz olub.

Xidmət 5 dəqiqə ərzində tam bərpa edilsə də, bir sıra istifadəçilər hələ bir müddət bağlantı xətaları ilə qarşılaşıblar.

"Netflix" bildirib ki, problem əsasən televizorlar və mediaya təsir edib. Şirkət daha əvvəl də populyar layihələrin premyerası zamanı oxşar çətinliklərlə üzləşib.

“Stranger Things”in beşinci mövsümü üç ildən çox fasilədən sonra təqdim edilib və serial platformanın ən çox izlənən layihələrindən biri olaraq qalır. Yeni epizodlarda qəhrəmanlar Əbədi canavarla mübarizəni davam etdirir, Haukins isə hələ də hərbi karantindədir.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Stranger Things,Netflix,Epizod,Serial,Todaypress.tv,