Skarlett Yohansson “Batman 2” filmində rol alacaq

Skarlett Yohansson “Batman 2” filmində rol alacaq
04.12.2025 17:41 Mədəniyyət

Amerikalı aktrisa Skarlett Yohansson yeni “Batman 2” filmində rol ala bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "The Hollywood Reporter" yazır.

Məlumata görə, aktrisa layihəyə qoşulmaq üçün danışıqların son mərhələsindədir. Filmin çəkilişlərinə 2026-cı ildə başlanması gözlənilir.

Xatırladaq ki, 2022-ci ildə rejissor Mett Rivz Robert Pattinsonun rol aldığı “The Batman” filmini təqdim edib. Rivz 2023-cü ildə davam filmi üzərində işlədiyini təsdiqləyib və ssenarini Mett Tomlinlə birlikdə yazıb.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər