“Sevgi palitrası” – Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı

“Sevgi palitrası” – Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı
02.12.2025 13:04 Mədəniyyət

Muzey Mərkəzində müxtəlif inkişaf məhdudiyyətli, o cümlədən Daun sindromlu uşaqların əl işlərindən ibarət “Sevgi palitrası” adlı sərgi açılıb.

TodayPress TV xəbər verir ki, noyabrın 28-də təşkil edilən sərgi 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunub. 

Tədbirdə “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nümayəndələri, rəssamlar, ictimaiyyət nümayəndələri və sənətsevərlər iştirak ediblər.

Sərginin məqsədi fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyasına, yaradıcılıq qabiliyyətlərinin nümayişinə və ictimai diqqətin bu mövzuya yönəldilməsidir. 

Ekspozisiyada 21 nəfər Daun sindromlu və müxtəlif inkişaf məhdudiyyətli uşaqların rəssamlıq üzrə əl işləri nümayiş olunub. Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Əlillər Günü BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub.

TodayPress TV

FOTOLAR

“Sevgi palitrası” – Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı — 1
“Sevgi palitrası” – Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı — 2
“Sevgi palitrası” – Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı — 3
“Sevgi palitrası” – Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı — 4
“Sevgi palitrası” – Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı — 5
“Sevgi palitrası” – Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı — 6
“Sevgi palitrası” – Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı — 7
“Sevgi palitrası” – Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı — 8
“Sevgi palitrası” – Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı — 9
XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər