"Scorpions" rok qrupunun keçmiş gitaraçısı vəfat etdi

"Scorpions" rok qrupunun keçmiş gitaraçısı vəfat etdi
24.01.2026 04:34 Mədəniyyət

Almaniyanın "Scorpions" rok qrupunun keçmiş gitaraçısı Frensis Buxholts vəfat edib.

TodayPress TV  bildirir ki, bu barədə "The Sun" nəşri musiqiçinin həyat yoldaşının sosial şəbəkə hesablarına istinadən xəbər verir.

Buxholts yanvarın 22-də xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun 71 yaşı var idi.

O, 1965-ci ildə Hannoverdə əsası qoyulmuş "Scorpions" qrupunun 1973-cü ildən 1992-ci ilə qədər gitaraçısı olub. Qrupun 19 studiya albomundan 10-u məhz Buxholtsun iştirakı ilə yazılıb.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər