"Rüstəm kişi"nin anadan olmasından 116 il ötür
Mədəniyyət
26.03.2026 10:29
Azərbaycan səhnə və kino sənətinin qızıl fonduna daxil olan görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Ələkbərovun adı çəkilən kimi, ilk olaraq onun ekranda yaratdığı milli kişi obrazı — Rüstəm kişi yada düşür. Aktyorun həm səhnədə, həm də kinoda çıxışları tamaşaçılar üçün hər zaman təkrarsız və yaddaqalan anlarla yadda qalıb.
TodayPress TV xəbər verir ki, bu gün böyük sənətkarın anadan olmasından 116 il ötür.
Ə.Ələkbərov 1933-cü ildə Akademik Dram Teatrına dəvət alıb və bu teatrda onlarla yaddaqalan rol yaradıb. Aktyorun yaratdığı iki obraz - Vaqif və Otello onun yaradıcılığının zirvəsi hesab olunur.
Unudulmaz sənətkar həm də bir sıra filmlərdə maraqlı rollar yaradıb. Aktyor ilk dəfə 18 yaşında “Vulkan üzərində ev” filmində Həsən rolunu oynayıb. O, “Fətəli xan” filmində yaratdığı baş qəhrəman obrazı ilə sübut edib ki, tarixi qəhrəmanları da yüksək ustalıqla ifa etmək lazımdır.
Xalq yazıçısı Mirzə İbrahimov 1960-cı ildə yazdığı “Qartal qanadlı sənətkar” məqaləsində deyib: “Azərbaycan dram teatrı ilə əlaqədar olduğum zamanlar Ələkbərovun sənətə münasibəti, surət üzərində işləməsi mənim diqqətimi cəlb etdi. Ələkbərov rol əlinə keçən gündən onunla yaşayırdı, hətta mənə elə gəlirdi ki, gündəlik həyata, rast gəldiyi adamlara da surətin gözü ilə baxır, sonra bunun psixoloji nəticələrini izləyir, hisslərin dilini tapmağa cəhd edir… Ələsgər Ələkbərov həm klassik, həm də müasir əsərlərdə eyni hərarətlə oynayır. O, bizim adamların, bugündən danışan dramlardakı qəhrəmanların surətini böyük həvəslə yaradır. Bu, çox qiymətli xüsusiyyətdir və yalnız ictimai cəhətdən deyil, estetik cəhətdən də mənalıdır”.
Görkəmli sənətkar 1963-cü il yanvarın 31-də vəfat edib. O, Fəxri xiyabanda dəfn edilib.
tag: Ələsgər Ələkbərov,Aktyor,Doğum günü ,"Rüstəm kişi",Todaypress.tv,
Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi
08.07.2025
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər K...
“Ədalətli insan” mənasızlığı – Orxan Saffari yazır...
26.09.2025
Cəmiyyət tərəfindən müsbət qarşılanan bir anlayış da “Ədalətli insan” olmaqdır. Bəs yaxşı, insan doğrudan da ədalətli ol...
Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olundu
14.02.2026
Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub. TodayPress TV xəbər verir ki, Azərbaycan Respu...
Bakıda “Buça” filminin nümayişi keçirildi
04.03.2026
Bakıda Ukraynanın “Buça” filminin nümayişi keçirilib.TodayPress TV xəbər verir ki, tədbir Ukraynanın Azərbaycandakı səfi...
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş ədəbi-bədii proqram təşkil olundu
18.09.2025
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın Ev Muzeyində ədəbi-bədii proqram təşkil o...
Sayman Aruz AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri vəzifəsindən çıxarıldı
23.12.2025
Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibliyinin iclası keçirilib.TodayPress TV xəbər verir ki, bu barədə APA-nın sor...
Nigar Arpadarai COP30 çərçivəsində Braziliyada keçirilən parlament görüşündə çıxış etdi
15.11.2025
Nigar Arpadarai COP30 çərçivəsində Belem şəhərində keçirilən parlament görüşündə ölkəmizi təmsil edib.TodayPress TV xəbə...
Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək
14.12.2025
Özbəkistanın Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Azər...
“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı
07.12.2025
Dekabrın 6-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasın...
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak etdi
09.03.2026
"Gazelli Art House"da "Her Art in Action" festivalının 2026-cı il buraxılışının açılış mərasimi keçirilib.TodayPress TV...
