Rihanna evinə edilən hücumdan sonra köçür

Mədəniyyət

11.03.2026 12:13

Məşhur müğənni Rihanna Los-Ancelesdəki evinə atəş açılmasından sonra Londona köçməyi düşünür.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, sənətçi evinin güllələnməsindən sonra hələ də şok vəziyyətindədir və uşaqları ilə birlikdə evdən təxliyə olunmalı olub. Hazırda o, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir və yeni yaşayış yeri axtarmağı düşünür.

Bildirilir ki, Rihanna ailəsini Londona aparmağı planlaşdırır. Mənbə bunu Los-Ancelesdə son vaxtlar məşhurlara qarşı hücumların artması ilə əlaqələndirib.

Məlumata görə, bir neçə il əvvəl müğənninin Londonda mənzili olub və o, yenidən ora qayıtmağı nəzərdən keçirir.

Qeyd edək ki, martın 9-da "NBC News" Los-Anceles polisi məlumatına istinadən xəbər verib ki, avtomobildə olan qadın Rihannanın evinə doğru atəş açıb və güllə binanın divarına dəyib. Atəş AR-15 tipli tüfəngdən açılıb.

Hadisə zamanı müğənni evdə olub, lakin xəsarət alan olmayıb. Şübhəli şəxs artıq saxlanılıb.

Qiymət Mahir

tag: Rihanna ,London,Los-Anceles,Müğənni,TodayPress TV,