Rasim Balayevi kim əvəz edəcək? – AÇIQLAMA

Mədəniyyət

31.03.2026 14:44

Bildiyimiz kimi, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev vəfat edib.

Onun vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədrinin kim olacağı hər kəsə maraqlıdır.    

Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Əli İsa Cabbarov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, İttifaq hazırda hüzn içindədir.


Onun sözlərinə görə, Xalq artistinin qırx məclisindən əvvəl bu istiqamətdə hər hansı bir təşkilati addımın atılması gözlənilmir:     

“Azərbaycan Kinematoqrafçılar İttifaqının nizamnaməsinə əsasən, təşkilatın ali icra orqanı idarə heyətidir və həmin heyət təşkilatı idarə edir. Qırx mərasimindən sonra isə nizamnaməyə uyğun olaraq yeni sədr İttifaqın ümumi yığıncağı, yəni konfrans və ya qurultay tərəfindən müəyyən olunacaq”. 

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da Türkiyədə vəfat edib. Xalq artisti bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.  

Türkan İsgəndərli

TodayPress TV

tag: Əli İsa Cabbarov,Kinematoqrafçılar İttifaqı,Rasim Balayev,Açıqlama,Todaypress.tv,