Rasim Balayevə nə olub? – Yaxınları danışdı
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin əsəb pozğunluğu keçirməsi ilə bağlı xəbərlər yayılıb.
TodayPress TV məsələyə aydınlıq gətirmək üçün onun yaxınları ilə əlaqə saxlayıb.
Onların sözlərinə görə, Xalq artistinin vəziyyəti yaxşıdır. Yayılan xəbərlər isə həqiqəti əks etdirmir.
"Bu yaşda belə hadisələr baş verə bilər. Ancaq yazılan xəbərlər şişirdilib və həqiqəti əks etdirmir".
Qeyd edək ki, R.Balayevin şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.
Türkan İsgəndərli