Qalmaqallı “Səkkiz” serialının yayımı bərpa olundu

Mədəniyyət

22.01.2026 13:52

Qalmaqallı “Səkkiz” serialının yayımı bərpa olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə serialın quruluşçu rejissoru və baş rol ifaçısı Hikmət Rəhimov “Facebook” hesabında yazıb. 

O bildirib ki, həm yaradıcı heyətə, həm də tamaşaçıların maraq və istəklərinə müsbət cavab verilib: 

“Şükür, “Səkkiz” qayıtdı, yayımı bərpa olundu. Yaradıcı heyət adından, həmçinin öz adımdan hər kəsə təşəkkür edirik. Ədalətli qərar verən, Azərbaycan kino və serialının inkişafını dəstəkləyən hər kəsə minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına maneədir. Biz bütün qanunlara hörmətlə yanaşırıq. Serialın ikinci bölümü yanvarın 24-ü, şənbə günü saat 23:00-da “ARB” televiziyasında nümayiş olunacaq. “Hər şey üçün Allaha sonsuz təşəkkürlər,” – deyə o əlavə edib. 

Xatırladaq ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələr işlədildiyi üçün ARB kanalının yayımı 3 saatlıq dayandırılıb. Daha sonra serialın yayımı həm yutub, həm televiziya, həm də kinoteatrda dayandırılması barədə qərar verilib. “Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.

Jalə Rövşən

TodayPress TV

tag: Səkkiz,Serial,Televiziya,Yayım,Todaypress.tv,