Nəriman Həsənzadənin SON DURUMU AÇIQLANDI
Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb.
Yaxınlarından TodayPress TV-yə bildirilib ki, o, hazırda ev şəraitində müalicə alır.
Səhhətində ciddi təhlükə yaradan hər hansı hal yoxdur və müalicə prosesi həkimlərin nəzarəti altında davam etdirilir.
Qeyd edək ki, bir müddət öncə xəstəxanaya yerləşdirilən Xalq şairinə böyrək çatışmazlığı diaqnozu qoyulub.
Türkan İsgəndərli