Nazir müavini: “Azərbaycan ilk dəfə İƏT Mədəniyyət Festivalına ev sahibliyi edir”
Mədəniyyət
05.12.2025 11:03
“Azərbaycan ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalına ev sahibliyi edir”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova İslam Əməkdaşlıq Təşkilatının və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 5–11 dekabr tarixlərini əhatə edən festival ölkəmiz üçün təkcə mədəniyyət bayramı deyil, həm də yaradıcı sənayelərin təqdim olunduğu və beynəlxalq əməkdaşlığın gücləndirildiyi mühüm platformadır:
“Festival Azərbaycanın multikulturalizm dəyərlərinə, mədəniyyətə və tolerantlığa verdiyi yüksək diqqətin göstəricisidir. Eyni zamanda, ölkəmiz yaradıcı ideyaların məhsula çevrildiyi, bu məhsulların beynəlxalq bazarlara çıxarıldığı və gənc istedadların dəstəkləndiyi bir mərkəz kimi təqdim olunur.
Tədbirə təxminən 50 ölkədən 300-dən çox rəsmi nümayəndə qatılıb. Ümumilikdə 5 minə yaxın ziyarətçinin iştirakı gözlənilir. Bu da festivalın beynəlxalq səviyyədə böyük maraq doğurduğunu göstərir”.
Qiymət Mahir
tag: İƏT,Mədəniyyət,Festival,Bakı,Todaypress.tv,
