Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda çıxış etdi

Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda çıxış etdi
26.03.2026 11:38 Mədəniyyət

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən beynəlxalq festivalda çıxış edib.

TodayPress TV xəbər verir ki, teatr Samsunda təşkil olunan 8-ci Beynəlxalq Teatr Festivalı çərçivəsində Hüseyn Cavidin "Ana" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.

Quruluşçu rejissoru Mir Qabil Əkbərov, rəssamı isə Səyyad Bayramov olan tamaşada əsas obrazları Xalq artisti Yasəmən Ramazanova, həmçinin gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, İsmayıl Mirzəcanov, Əlizamin Abbasov, Ələsgər Quliyev, Saynur Babayev və Seyfəddin Məmmədli canlandırıblar.

Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun "Kor ərəbin mahnısı" əsəri əsasında kamança ifaçısı Hüseyn Nağıyev tərəfindən üç fərqli versiyada hazırlanıb.

Festival çərçivəsində uğurla nümayiş olunan tamaşa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda kollektivə müxtəlif hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.

TodayPress TV

FOTOLAR

Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda çıxış etdi — 1
Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda çıxış etdi — 2
Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda çıxış etdi — 3
XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər