Meyxanaçı Kərimin övladı atasının son anlarından danışdı
Mədəniyyət
20.12.2025 14:54
“Xəstə idi, atamız. Xəstəliyin ilk dövrü o qədər də ağır keçmirdi. Son altı ildə isə daim yataq rejimində olub. Son bir ayda vəziyyəti bir qədər ağırlaşmışdı."
Bunu TodayPress TV-yə dünən dünyasını dəyişən meyxanaçı Kərim Novruzovun oğlu Kamil Kərimoğlu deyib.
O, atasının hansı xəstəlikdən əziyyət çəkdiyi sualına isə belə cavab verib:
"İnsult keçirmişdi, beyinə qansızma olmuşdu. Son bir ayda artıq vəziyyəti daha da pisləşmişdi, təzyiqi tez-tez aşağı düşürdü və həkimlər mütəmadi müdaxilə edirdilər. Ondan əvvəl də belə hallar olurdu, müdaxilədən sonra vəziyyəti stabilləşirdi. Srağagün də həkimlər gəlmişdi, eyni tədbirlər görüldü, lakin dünən artıq qismət olmadı. Son üç il ərzində isə ümumiyyətlə danışa bilmirdi.”
Qeyd edək ki, meyxanaçı Kərim Novruzov dünən uzun sürən xəstəlikdən sonra yaşadığı mənzildə vəfat edib. O, Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.
Jalə Rövşən
tag: Meyxanaçı,Ağakərim,Vəfat,Dəfn,Todaypress.tv,
